Namaz qılarkən üzdə makiyaj ola bilərmi?


Digərləri 01 Apr 2018 19:40:00 295 0

Namaz qılarkən üzdə makiyaj ola bilərmi?

Üzdə makiyaj olan halda namaz qılına bilər. Amma dəstəmaz vaxtı bədən üzvləri yuyularkən suyun dəriyə çatması şərtdir.

Son.az zikr.az-a istinadən bildirir ki, əgər yuyulması vacib olan bədən üzvlərində və ya onların bir hissəsində su ilə dəri arasında bir maneə olub, suyun dəriyə çatmasına bir imkan verməzsə, dəstəmaz yerinə yetirilmiş sayılmaz.  Belə olduğu halda kosmetik maddə silinməli və sonra dəstəmaz alınmalıdır. Bura üzə vurulan yağlı, qatı kosmetik maddələr, həmçinin dırnaq lakları və s. daxildir. Amma təbii sürmə kimi maddələr hər nə qədər dərinin üzərini örtürsə də, suyun dəriyə çatmasına mane olmur.