Kiçik günahlar da qeydə alınırmı?


Digərləri 01 Apr 2018 19:50:00 296 0

Kiçik günahlar da qeydə alınırmı?

1. Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) belə dediyi eşitdim: "Kişinin fitnəsi (imtahanı) ailəsində, malında, övladında və qonşusundadır (İnsan bunlarla sınağa çəkilir). Namaz, oruc, sədəqə, yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək həmin günahların bağışlanmasına kəffarə olur". (əl-Buxari, 525; Muslim, 144; ət-Tirmizi, 2258; İbn Məcəh, 3955).

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insanın duası cavabsız qalmaz: Ədalətli başçının duası, iftar edənə qədər oruclunun duası, və məzlumun duası. Onun duası buludların üstünə yüksəlir, səmanın qapıları onun üçün açılır, İzzət və Cəlal sahibi Rəbb belə deyir: İzzətimə and olsun ki, sənə kömək edəcəyəm". (ət-Tirmizi, 2526; İbn Hibban, 7387).

Son.az zikr.az-a istinadən bildirir ki, Uqbə ibn Amir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə rəvayət etmişdir: "Əgər bəndə günah üzərində davamlı ikən Uca Allahı ona onun istədiklərini verən görsən, bil ki, bu, istidracdır. Yəni, tədricən onu əzaba sürükləməkdir". Sonra bu ayəni oxudu: "Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar". (əl-Ənam, 44)". ("Silsilətus-Sahihə" əsəri, №: 413). İstidrac öz küfründə inadkarlıq edən kafirə aiddir. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Uca Allah buyurur: "Mənim dərgahımda mömin qulum daima xeyir içindədir. Mən onun canını alarkən də o, Mənə həmd edir". (İmam Əhməd, 8136, 8473, 8492, 8716; "Səhihul-Camius-Sağir", №: 1910, 4318).

Şureyh (Allah ondan razı olsun) xəbər verir ki, mən bir səhabənin (Allah ondan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və slləm) belə rəvayət etdiyini eşitdim: "Uca Allah buyurur: "Ey Adəm oğlu! Mənə doğru ayağa qalx, Mən də sənə doğru yeriyərək gəlim. Mənə doğru yeriyərək gəl, Mən də sənə doğru yüyürərək gəlim". (İmam Əhməd, 15360, 15967, 16346; "Səhihul-Camius-Sağir", №: 4340; "Silsilətul-Əhadisis-Sahihə", №: 2287).