Türkiyənin ixracı son 12 ayda 10,5% artıb


Digərləri 01 Apr 2018 19:33:00 218 0

Türkiyənin ixracı son 12 ayda 10,5% artıb

Türkiyənin ixracı son 12 ay üçün 10,5% artıb və 159,923 milyard dollar təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, martda ixrac ötən ilin bu ayı ilə müqaisədə 11,5% artıb, yəni 15,106 milyard dollar təşkil edib. Bu göstərici aylar üzrə ixrac tarixində ən yüksək göstərici olub.