Əsas məsələ insanın nəyi eşitməsi deyil, nəyi eşitmək istəməsidir


Digərləri 01 Apr 2018 19:35:00 310 0

Əsas məsələ insanın nəyi eşitməsi deyil, nəyi eşitmək istəməsidir

İlk dəfə idi ki, Nyu-Yorka gəlmişdi. "Göylərə baş çəkən" binalar, saysız-hesabsız insanlar onu əməlli-başlı heyrətləndirmişdi. İzdihamlı bir küçədən keçəndə qulağına haradansa doğma bir səs gəldi.

Son.az yeniavaz.az-a istinadən bildirir ki, ayaq saxlayıb, diqqətlə qulaq asdı. Bu, bir cırcıramanın səsi idi. Səs böyük bir mağazanın qarşısındakı çayırlıqdan gəlirdi. Yaxınlaşıb diqqətlə baxmağa başladı. Bu vaxt mağazanın satıcılarından biri ona yaxınlaşıb: "Sizə nə kömək edə bilərəm?" - deyə soruşdu. "Çox sağ olun, bir şey lazım deyil. Sadəcə olaraq, mənə elə gəldi ki, buradan cırcırama səsi gəlir", - deyə cavab verdi. Satıcı təəccübləndi və "Nyu-Yorkda cırcırama? Bu ki mümkün deyil", - dedi. Ancaq qonaq fikrində qəti idi. Çox axtarandan sonra cırcıramanı tapdı. Cırcıramanı görən satıcı heyrətini gizlədə bilmədi və "Yəqin ki, sizin qeyri-adi qabiliyyətiniz var. Yoxsa bu səs-küydə bir böcəyin səsini necə eşitmək olar?" - dedi. Qonaq gülümsədi və cibindən xırda bir pul çıxarıb havaya atdı. Pul yerə düşən kimi səsinə onlarla adam ayaq saxladı. Artıq "son sözü" demək vaxtı idi: "Əsas məsələ insanın nəyi eşitməsi deyil, nəyi eşitmək istəməsidir".