Plastik butulkalara vergi qoyulacaq


Digərləri 01 Apr 2018 19:25:00 218 0

Plastik butulkalara vergi qoyulacaq

"The Telegraph" qəzeti yazır ki, Britaniya hökuməti okeanları çirkləndirən tullantılarda plastik materialların azaldılması məqsədilə plastik butulkalara 22 pens vergi qoymağı planlaşdırır.

Ətraf Mühit Nazirliyi bu məqsədlə Danimarka, İsveç və Almaniyada olduğu kimi belə butulkaların məntəqələrdə qəbulunu təşkil etmək niyyətindədir.

Bu sxemə görə Avropa müştərisi plastik butulkanı məntəqələrə qaytardıqda alış zamanı ödədiyi 8-22 pensi geri almaq hüququna malik olur.

Bu məqsədlə insanlar plastik, metal və şüşə tullantılarını xüsusi dəzgahlara daxil edə biləcəklər.