İnsan burnunu göbələklər əvəz edəcək


Digərləri 01 Apr 2018 19:12:00 234 0

İnsan burnunu göbələklər əvəz edəcək

Rusiyalı alimlər göbələkdən süni burun yetişdirilməsi istiqamətində araşdırma aparır. Son.az publika.az-a istinadən xəbər verir ki, araşdırmanı Vladimr Kotelnikova adına Radiotexnika və Biokimya, Bitki Fiziologiyası və Mikroorqanizmlər İnstitutunun tədqiqatçıları aparır. Onlar göbələk miselyumundan süni burun yaradacaqlarını iddia edirlər. Alimlər əsasən şiitake göbələyindən istifadə edəcəklər. Bu göbələk növü havadakı təhlükəli ammonyak və formaldehid buxarlarına reaksiyavermə bacarığına malikdir. Alimlərin fikrincə, miselyumdan hazırlanmış burun ətraf mühitin dəyişməsi zamanı öz elastikliyini və elektrik ötürücülüyünü dəyişə biləcək. Son.az