İmam Cavadın möcüzəli mövludu


Digərləri 01 Apr 2018 19:15:00 296 0

İmam Cavadın möcüzəli mövludu

Vilayət səmasının 9-cu ulduzu olan İmam Cavad (ə) 195-ci hicri-qəməri ilinin rəcəb ayında Mədinə şəhərində dünyaya gəlmişdir.

Vaqifiyyə firqəsinin böyüklərindən biri İmam Rzaya (ə) deyir: "Sən İmamsan?". İmam (ə) buyurur: "Bəli". Deyir: "Sən İmam deyilsən". İmam (ə) bir qədər başını aşağı salır və sonra buyurur: "Niyə belə düşünürsən ki, mən İmam deyiləm?". O, dedi: "İmam Sadiqdən (ə) nəql edilir ki, İmam nəsilsiz deyildir. Sən bu yaşa gəlib çatmısan, ancaq oğlan övladın yoxdur".

Son.az deyerler.org-a istinadən bildirir ki, bu dəfə İmam (ə) başını daha uzun müddət aşağı saldı və sonra buyurdu: "Allaha and olsun ki, uzun müddət keçməyəcəkdir ki, Allah mənə oğlan övladı verəcəkdir". Bu söhbətdən bir il sonra İmam Cavad (ə) dünyaya gəldi.

İmam Kazımın (ə) qızı Həkimə xanım nəql edir: "O zaman ki, İmam Cavadın (ə) anası Xizranın doğum zamanı gəlib çatır, İmam Rza (ə) məni çağırdı və buyurdu: "Ey Həkimə! Xızranın doğum mərasimi üçün hazır ol".