Qida əlavəsindən çox istifadə etməyin


Digərləri 01 Apr 2018 19:10:00 299 0

Qida əlavəsindən çox istifadə etməyin

Qida istehsalı zamanı məhsulun bir sıra keyfiyyət xüsusiyyətlərini artırmaq üçün təbii və ya sintetik yolla əldə edilmiş qida əlavələrindən istifadə edilir.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

"Hər bir məhsulun üzərində qida əlavələrini və onların miqdarını bildirən xüsusi göstəricilər olmalıdır. Hazırda qida istehsalı sənayesində təxminən 2500-ə yaxın qida əlavəsindən istifadə edilir. Qida əlavəsi istifadə edilərkən insan sağlamlığı üçün tam təhlükəsiz, zəhərsiz olması, xərçəng yaratmaması nəzərə alınmalıdır.