Bakıda 6 yaşlı qızını zorlamış ata məhkəmə qarşısında...


Kriminal 01 Apr 2018 17:59:00 264 0

Bakıda 6 yaşlı qızını zorlamış ata məhkəmə qarşısında...

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi araşdırılır, müttəhimlər kürsüsündə "ata" əyləşib, zərərçəkmiş isə 6 yaşlı qızcığazdır. Ata öz qızına qarşı seksual hərəkətlər etməkdə ittiham olunur...

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, uşaq anası və balaca bacısı ilə birgə Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yerləşdirilib. Ailə başçısı ananın şikayəti ilə həbs olunub, onun barəsində ilkin olaraq 4 aylıq həbs qərarı çıxarılıb. Məhkəmə isə qərarını gələn həftə açıqlayacaq.

"Bu gün məktəbdə 5 almışam. Uşaqlara göstərəcəkdim. Müəllimə məni tərifləyəcəkdi, anam sevinəcəkdi. Kəmalə xanım sığınacaqda bayram edəcəkdi. Axı 5 alan uşaqları tərifləyirlər", - 6 yaşlı bir uşağın yaxınlarına yazdığı ilk məktub bu sözlərlə başlayır. Birliyin sədri Kəmalə Ağazadə bir neçə yerdən qaralanmış məktubu oxuyur: "Anam axırıncı dərsdə məktəbə gəlib icazə aldı. Axı hələ bir dərsim də vardi, bir dənə də 5 riyaziyyatdan alacaqdım. Heyif. Anamın heç kefi yoxdur. Kəmalə xala da susur. Anam dedi ki, orada əmilər var, səni görmək istəyirlər, tez qayıdacağıq. Bibin, əmin də orda olacaq. Uf. Əmilər. Bəlkə o əmilərdir? Atam haqqında mənimlə gəlib danışanlar?"

Kəmalə Ağazadə