İtaliya klubu antirekordunu təkrarladı


İdman 01 Apr 2018 17:50:00 268 0

İtaliya klubu antirekordunu təkrarladı

İtaliya A Seriyasının ortabab klublarından olan "Udinese" 30-cu turda "Atalanta"ya uduzub - 0:2. Goal.az xəbər verir ki, Udine klubu 56 il öncəki xoşagəlməz statistikasını təkrarlayıb. Massimo Oddonun komandası ardıcıl 6 ev oyununda məğlubiyyətlə üzləşib. Bu antirekord 1961/62 mövsümündə də qeydə alınmışdı.