İranda baş vermiş zəlzələ zamanı 23 nəfər xəsarət alıb - YENİLƏNİB


Dünya 01 Apr 2018 17:00:00 217 0

İranda baş vermiş zəlzələ zamanı 23 nəfər xəsarət alıb - YENİLƏNİB

Yaralılara ambulatior tibbi yardım göstərilib

İranın qərbində baş vermiş 5,3 bal gücə malikzəlzələ zamanı 23 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi hakimiyyət orqanlarına istinadənməlumat yayıb.

Məlumatda bildirilir ki, onlara ambulatior tibbi yardım göstərilib. Qeyd edək ki, bu gün İranda 5,3 bal gücündə zəlzələ olub.

Zəlzələnin episentri İranın İlam şəhərindən 89 kilometr şimal-qərbdə, Sarpol-e-Zahabidən 25 kilometr cənubda və İraqın paytaxtı Bağdaddan 163 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.

***16:36

İranda 5,3 bal gücündə zəlzələ olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Kermanşah vilayətində, Sarpol-e-Zahabda qeydə alınıb.

Vilayətin səhiyyə xidmətinin nümayəndəsi Maziar Təhmasibi bildirib ki, zəlzələ zamanı 15 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, 5,3 bal gücə malik zəlzələ İran-İraq sərhədində qeydə alınıb. Zəlzələnin episentri İranın İlam şəhərindən 89 kilometr şimal-qərbdə, Sarpol-e-Zahabidən 25 kilometr cənubda və İraqın paytaxtı Bağdaddan 163 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.