"Nasriyə hörmət etmirəm, o axmaqdır"


İdman 01 Apr 2018 16:55:00 240 0

"Nasriyə hörmət etmirəm, o axmaqdır"

"Arsenal"ın sabiq yarımmüdafiəçisi Emmanuel Frimponq UEFA tərəfindən 6 ay futboldan uzaqlaşdırılan Samir Nasri ilə ədavətindən danışıb. Goal.az xəbər verir ki, hazırda Kiprin "Ermis" klubunda çıxış edən 26 yaşlı havbek 2011/12 mövsümündə "Liverpool"la oyunu xatırlayıb.

"Paltardəyişmə otağında Arsen Venqerin əsəbləşəcəyini gözləyirdim. Əslində o, Nasri gələnə və məğlubiyyətdə məni ittiham etməyənə kimi sakit idi. Mən gənc oğlan idim, nə edəcəyimi bilmirdim. Həqiqətən, hər şeydə özümü günahkar bilmişdim. Nasri məşqlərdə müntəzəm olaraq mənə sataşırdı. Bir dəfə dedi ki, istəsə, məni futbolçu kimi satın ala bilər. Əlbəttə, bunu etməyə pulu vardı. Amma hər şeyin bir həddi var. Aramızda düşmənçiliyin başlanmasını indi də başa düşmürlər. Bu adamdan xoşum gəlmir. Axmaq olduğuna görə onu bəyənmirəm. Ona heç vaxt hörmət etməyəcəm".

Qeyd edək ki, həmin vaxt 19 yaşı olan Frimponq 20-ci dəqiqədə, hesab 0:0 olanda əvəzlənmişdi. Həmin qarşılaşma "Liverpool"un 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.