SOCAR prezidenti Gürcüstanda səfərdə olub


İqtisadiyyat 01 Apr 2018 16:30:27 269 0

SOCAR prezidenti Gürcüstanda səfərdə olub

Rövnəq Abdullayev Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev martın 30-dan aprelin 1-dək Gürcüstanda səfərdə olub.

"SOCAR Energy Georgia" şirkətinin direktoru Mahir Məmmədovun "Report"a verdiyi məlumata görə, SOCAR prezidentini səfərdə şirkətin vitse-prezidenti Süleyman Qasımov, David Məmmədov və Sərmayə İdarəsinin rəisi Vaqif Əliyev müşayiət ediblər.

Səfər zamanı SOCAR prezidenti Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb. Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığı, gələcəkdə ikitərəfli tərəfdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi yollarını müzakirə ediblər.

Səfər zamanı həmçinin "SOCAR Energy Georgia" şirkətinin Tbilisi şəhərindəki ofisində də iclas keçirilib. Mahir Məmmədov SOCAR rəhbərini "SOCAR Energy Georgia" şirkətinin 2017-ci ildəki fəaliyyətinin nəticələri, həmçinin 2018-ci ildəki gələcək inkişaf planları ilə tanış edib.

İclasın sonunda "SOCAR Energy Georgia" şirkətinin 2017-ci ilin uğurlarına hesablanaraq 2018-ci ildə konkret fəalliyyət istiqamətləri müəyyənləşdirilib.