Avstriyada uşaq bağçalarında hicab qadağan edilə bilər


Dünya 01 Apr 2018 16:03:00 264 0

Avstriyada uşaq bağçalarında hicab qadağan edilə bilər

Avstriya baş nazirinin müavini, dövlət xidməti və idman məsələləri üzrə nazir Xaynts-Kristian Ştrax ölkədə uşaq bağçalarında və ibtidai təhsil pilləsində hicabın qadağan edilməsini təklif edib.

APA-nın məlumatına görə, Xaynts-Kristian Ştrax "Kronen Zeitung" qəzetinə müsahibəsində deyib ki, bu addım qızların 10 yaşa qədər həyatlarında dövlətin müdafiəsini hiss etməsinə, cəmiyyətə normal inteqrasiyasına imkan verəcək.

Baş nazirin müavini hesab edir ki, ibtidai təhsil mərhələsində hicaba qadağa qoyulması və ibtidai təhsil mərhələsində alman dilinin öyrənilməsi Avstriya cəmiyyətinə inteqrasiyanın əlavə qarantı olacaq.  Xaynts-Kristian Ştrax hicabın uşaqlar arasında parçalanmaya yol açır və inteqrasiyaya mane olur: "Bu isə hazırda müxtəlif təşkilat və birliklərdə təhlükəli paralel cəmiyyətlər yaradan siyasi islamın maraqlarına xidmət edir. Qabaqlayıcı tədbirləri ən gənc nəsildən başlamaq laxımdır, sonra çox gec olur".