Lerikdə asılmış vəziyyətdə tapılan kişi cəsədinin kimliyi məlum olub


Sosial 01 Apr 2018 14:36:00 278 0

Lerikdə asılmış vəziyyətdə tapılan kişi cəsədinin kimliyi məlum olub

Tofiq İsayev bir neçə həftə əvvəl itkin düşüb

Ötən gün Lerik rayonunda tapılan kişi meyitinin kimliyi məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, bu, rayonun Küsəkəran kənd sakini, 1966-cı il təvəllüdlü İsayev Tofiq Hüseyn oğludur.

O, Bakıda yaşasa da, bir neçə həftə əvvəl rayona qardaşına baş çəkməyə gəlib. Lakin T. İsayev evə qayıdarkən itkin düşüb.

Ötən gün Veri kəndi ərazisində onun meyiti aşkarlanıb. T. İsayevincəsədini tanımaq mümkün olmayıb. Bu səbəbdən də meyit Məhkəmə və Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə gətirilib və cəsədin kimliyi müəyyənləşdirilib.

Onun cəsədi asılmış vəziyyətdə aşkarlanıb. T. İsayevin ölüm səbəbi hələ məlum deyil.