"Manchester United"in yay transferlərinə 200 milyon funt


İdman 01 Apr 2018 14:50:00 405 0

"Manchester United"in yay transferlərinə 200 milyon funt

"Manchester United" yayda yeni futbolçuların transferinə böyük məbləğdə pul ayırmağı planlaşdırır. Goal.az "The Sun"a istinadən xəbər verir ki, klubun icraçı direktoru Ed Vudvord baş məşqçi Joze Mourinyonun arxasında duracaq. Baxmayaraq ki bəzi nəşrlər portuqal məşqçi ilə yolların ayrılma ehtimalını da nəzərdən keçirir. Mourinyo ilə klub bossları arasında trasnfer siyasəti ilə bağlı fikir ayrılığının ortaya çıxdığı deyilirdi. Rəhbərlik istədiyi futbolçuları transfer etmək üçün ona 200 milyon funt ayıracaq.