"Sevilla"nın qənimi - Lionel Messi


İdman 01 Apr 2018 12:49:00 297 0

"Sevilla"nın qənimi - Lionel Messi

"Barcelona"nın bu mövsüm La Liqadakı məğlubiyyətsizlik seriyasına "Sevilla" son qoya bilərdi. Əndəlus təmsilçisi 30cu turda katalonları xeyli həyəcanlandırıb. Matçın 88-ci dəqiqəsinə kimi 2 top fərqi ilə geridə olan "Barca" Messinin ustalığı sayəsində hesabı bərabərləşdirməyə nail olub. Argentinalı hücumçu 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Goal.az xəbər verir ki, ulduz futbolçu bütün turnirlər daxil olmaqla "Sevilla"nın qapısına 30-cu qolunu vurub. Beləliklə, "Sevilla" Messinin ən çox məyus etdiyi klub statusuna sahib çıxıb. Bu baxımdan ikinci yerdə "Atletico Madrid"dir - 28 qol.