Kosmosda şəffaf qalaktika kəşf olundu


Digərləri 01 Apr 2018 12:34:22 292 0

Kosmosda şəffaf qalaktika kəşf olundu

Astronomlar ilk dəfə qara materiyasız, işıq və enerjini əks etdirən qalaktika kəşf ediblər.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, alimlər hesab edirlər ki, yeni qalaktika Yer planetinin də daxil olduğu Süd yolu qalaktikasının yerləşdiyi fəza sisteminin fundamental hissəsidir.

Bildirilir ki, "NGC1052-DF2" yeni qalaktika kosmosda ulduz sisteminin formalaşmasını anlamaq üçün inqilab kimi qəbul oluna bilər. Yel Universitetinin astronomu Peter van Dokkum "Nature" jurnalında dərc olunan məqaləsində qeyd edib ki, bu kəşf alimlərin qara materiyasız qalaktikanın olmaması barədə fərziyyələrini alt-üst edəcək. Astronom qeyd edib ki, yeni qalaktika Yer planetindən 65 milyon işıq ili uzaqda yerləşir və qaz kütləsi olmayan parlaq ulduzlar toplusu şəklində görünür. Süd yolu qalaktikası ilə eyni ölçüdə olmasına rəğmən, "NGC1052-DF2"də ulduzların sayı 250 dəfə azdır. Belə ki, bizim Kəhkəşanda 100 milyard, yeni qalaktikada isə 400 milyon ulduz var.