İkardi "İnter"in əfsanələri ilə bir sırada


İdman 01 Apr 2018 12:28:00 334 0

İkardi "İnter"in əfsanələri ilə bir sırada

İtaliya A Seriyasında Çempionlar Liqasına vəsiqə imkanı verən yerlər uğrunda mübarizə aparan "İnter" 30-cu turda "Verona"nı 3:0 məğlub edib. Bu oyunda Milan klubunun hücumçusu Mauro İkardi dublla yadda qalıb. Goal.az xəbər verir ki, agentinalı forvard mövsümdəki qollarının sayını 25-ə çatdırmaqla "nerazzurri"nin tarixinə düşüb. İkardi ardıcıl iki mövsümdə 24 və daha çox qol vuran 3-cü "İnter"li olub. Daha öncə analoji göstəriciyə İştvan Nyerş (1950, 1951) və Cüzeppe Meazza (1930, 1931) çatmışdı.