Deniz Yılmaz oynamadı, komandası uduzdu


İdman 01 Apr 2018 09:49:00 276 0

Deniz Yılmaz oynamadı, komandası uduzdu

Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir. Goal.az xəbər verir ki, millimizin hücumçusu Deniz Yılmazın formasını geyindiyi “Genclerbirliği” səfərdə “Yeni Malatyaspor”la üz-üzə gəlib. Denizin meydana çıxmadığı oyunda meydan sahibləri 4:1 hesabıyla qalib gəlib. Ankara klubu geridə qalan turlarda topladığı 27 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.