KostaRikada prezident seçkilərinin ikinci turu keçiriləcək


Dünya 01 Apr 2018 09:18:00 249 0

KostaRikada prezident seçkilərinin ikinci turu keçiriləcək

Kosta-Rikada bu gün prezident seçkilərinin ikinci turu keçirələcək.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, ölkə prezidenti vəzifəsinə "Milli dirçəliş" partiyasından Fabrisio Alvarado Munyos və "Mülki hərəkət" hakim partiyasının nümayəndəsi Karlos Alvarado Kesada namizəddirlər.

Fevralın 4-də keçirilmiş birinci turda Alvarado Munyos 24,9 faiz səs toplayaraq qalib gəlib. Onun rəqibi Alvarado Kesada 21,6 faiz səs toplayıb.

Səsvermədə 3,3 milyon seçici iştirak edə bilər.

Seçilmiş dövlət başçısı vəzifəsinin icrasına mayın 8-da başlayacaq.