Suriyada əməliyyat zamanı 34 girov əsirlikdən azad edilib


Dünya 01 Apr 2018 04:45:08 288 0

Suriyada əməliyyat zamanı 34 girov əsirlikdən azad edilib

Onlar müxtəlif silahlı birləşmələrin əsirliyində olublar

Suriyada genişmiqyaslı əməliyyat zamanı əsirlikdən 30-dan çox girov azad edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko deyib.

"Genişmiqyaslı əməliyyat aparılan zaman silahlı birləşmələrin əsirliyindən 34 girov azad edilib", - deyə Yevtuşenko bildirib.