Günün qoroskopu: şəxsi xarakterli problemlər önə çıxır


Digərləri 01 Apr 2018 00:01:00 281 0

Günün qoroskopu: şəxsi xarakterli problemlər önə çıxır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Dolu və gərgin gündür. İşləriniz çoxdur və bunların hər biri özlüyündə maraqlıdır. Çox məşğul olsanız da, yorğunluq hiss etməyəcəksiniz. Enerjiniz kifayət qədərdir. Eksperiment etmək, qeyri-standart metodlardan yararlanmaq olar.

Şəxsi həyatınızda yenilik edə, yaxud onu tamamilə dəyişə bilərsiniz. Ancaq yaxşı olar ki, tələsməyəsiniz: bu gün qəbul etdiyiniz qərarlar nəinki sizin, hətta yaxınlarınız üçün də vacibdir. Qeyri-adi əşyalar, əntiq mallar, əl işləri almaq olar.

Buğa - Özünüzü yaxşı tərəfdən göstərə bilərsiniz. Mərhəmətiniz və alicənablığınız diqqətdən kənarda qalmayacaq. Bəziləri sizin hərəkətlərinizlə qürur duyur, bəziləri isə bundan öz xeyirlərinə istifadə edərək sizi idarə etməyə çalışırlar. Təmaslarda ehtiyatlı olun.

Ailə məsələləri, ev problemlərini həll etmək üçün çox yaxşı gündür. Sərtlik və nəzakətsizlik göstərmədən həm özünüzün, həm yaxınlarınızın həyatında səliqə-sahman yarada bilərsiniz. Maraqlı təkliflər ala bilərsiniz. Bir çox Buğalar üçün gözəl perspektivlər yaranır.

Əkizlər - Xeyli maraqlı məsələnin öhdəsindən gəlməlisiniz. Ağlınızı işlədin, üzdə olan həllər heç də ən yaxşıları deyil, bir az dərin düşünün. İstedadlarınızı nümayiş etdirmək üçün əla gündür: çox güman ki, həyatınızı dəyişdirə biləcək insanlar həmin qabiliyyətlərinizi görüb qiymətləndirəcəklər.

Yeni layihələrə başlamaq olar. Amma onlar da öz növbəsində yeni bir sahənin öyrənilməsinə yönəlsə, pis olmaz. Bir çox Əkizlər həyati dərslər alacaq, dəyərli təcrübə toplayacaqlar. Günün ikinci yarısını yaxınlarınızla keçirməyiniz məsləhətdir.

Xərçəng - Bir çox Xərçənglər bu gün qeyri-adi qərarlar verəcək, həyatlarını müəyyən qədər dəyişəcəklər. Yeni zirvələr fəth etməkdə onlara mane olan əlaqələri qırıb, vərdişləri tərgitməkdə bu gün qərarlısınız. Məqsədyönlülüyünüz ətrafınızdakılara həddən ziyadə görünə bilər, ancaq məhz onun sayəsində istədiyinizi alacaqsınız.

Sahibkarlıq fəaliyyətində bəxtiniz gətirir, çox sərfəli sövdələr bağlaya bilərsiniz. Olsun ki, köhnə borclarınızı qaytarsınlar. Həmçinin heç gözləmədiyiniz mənbədən pul ala bilərsiniz. İri alış-veriş etmək olar.

Şir - Sağlam düşüncə və məntiqin sayəsində yeni problemlər yaratmadan köhnələri həll edə bilirsiniz. Həm işgüzar, həm dostlarla ünsiyyət üçün münasib gündür. Danışıqlar bir qədər uzana bilər, ancaq nəticəsi məhz siz istəyən kimi olacaq. Axşam həm işgüzar, həm əyləncəli səfər üçün münasibdir.

Günorta istirahət üçün vaxt tapın, yoxsa səhhətiniz pisləşə bilər. Televizor, yaxud kompüter monitoru qarşısında çox oturmayın, qaranlıqda oxumayın - gözləriniz ciddi zədə ala bilər.

Qız - Sizin qətiyyətiniz heyrət doğurur. Məhz onun sayəsində başqalarının uduzduğu yerdə siz qələbə qazanırsınız. Təşəbbüs göstərin, ideyalarınızı reallaşdırmağa çalışın. Hər zaman tərəfdaş tapmaq olmur, ancaq siz elə təkbaşına da əla nəticələr qazanırsınız.

Yaxınlarınızla münasibətləriniz yaxşılaşır: fikir ayrılıqlarına son qoya, güzəşt əldə edə bilirsiniz. Köhnə əlaqələrin bərpası üçün münasib gündür. Yeni bir eşq macərası da başlaya bilər - hər şey sizin özünüzdən asılıdır.