Uşaqlarda sistit xəstəliyi


Digərləri 31 Mar 2018 22:20:00 349 0

Uşaqlarda sistit xəstəliyi

Sistit sidik kisəsinin iltihabi prosesidir. Oğlan uşaqları ilə müqayisədə qızlarda daha çox rast gəlinir. Bu da anatomik quruluşla əlaqədardır. Qızlarda sidik kanalı oğlanlara nisbətən daha qısadır. Ona görə də sidik kanalında olan hər hansı bir infeksion proses sidik kisəsinə daha tez yayılır.

Çox vaxt valideynlər bunu ciddi qəbul etməyib, soyuqdəymə kimi qəbul edirlər. Əgər xəstəlik vaxtında müalicə olunmazsa bu, pielonefritlə nəticələnə və ya xroniki sistitə gətirib çıxara bilər.  

Uşaqlarda sistit xəstəliyini əmələ gəlmə səbəbləri Son.az hekimtap.az-a istinadən bildirir ki, xəstəliyin əmələ gəlməsinə səbəb daha çox infeksion xəstəliklər, bakterial infeksiyalar, göbələk xəstəlikləri, bağırsaq çöpləri və gigiyena qaydalarına düzgün əməl edilməməsi ola bilər.

Uşaqlarda sistit xəstəliyinin simptomları Xəstəliyin əsas simptomları tez-tez sidiyə getmək, sidiyə gedərkən ağrı və yanğı hissləri, sidiyin xoşagəlməz iyli olması, sidiyin bulanıq, selikli olması, temperatur, qarının aşağı nahiyələrində ağrılardır. Bəzi hallarda xəstəlik özünü qusma ilə də biruzə verir.