Kasparovdan Rusiya əleyhinə çağırış:


Dünya 31 Mar 2018 22:21:00 254 0

Kasparovdan Rusiya əleyhinə çağırış:

Kasparov iddia edib ki, adətən iri turnirlərin final mərhələsi keçiriləndə, belə boykotların əleyhinə çıxır

Şahmat üzrə 13-cü dünya çempionu, əslən bakılı olan Harri Kasparov 2018-ci ilin yayında Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot etməyə çağırıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, o, bu barədə Almaniyada çıxan "Frankfurter Allgemeine Zeitung" qəzetində yazıb.

: "Çünki bu halda ancaq idmançılar cəzalanırlar. Amma mən Moskvadakı siyasi rejimi  və onların düşmən əməllərini siyasi cəhətdən boykot etməyə çağırıram".

O, "düşmən əməl" dedikdə, Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsini aid etdiyini bildirib.