Tramp PKKnın pulunu kəsdi


Dünya 31 Mar 2018 22:13:00 262 0

Tramp PKKnın pulunu kəsdi

Bu qərarın ABŞ-ın Suriyadakı roluna uyğun olaraq qəbul edildiyi bildirilir

ABŞ prezidenti Donald Tramp terror təşkilatı olan YPG/PYD-yə edilən 200 milyon dollarlıq yardımı dayandırmaq qərarına gəlib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki,  "Wall Street Journal"a açıqlama verən ABŞ rəsmiləri bildiriblər ki, artıq bununla bağlı Dövlət Departamentinə "Yardımı dayandırın" təlimatı verilib. Rəsmilər bildiriblər ki, qərarı ABŞ prezidenti Donald Tramp qəbul edib. .