Lexus yeni yolsuzluq avtomobili FOTO


Digərləri 31 Mar 2018 21:14:00 313 0

Lexus yeni yolsuzluq avtomobili  FOTO

Detroyt-2018 beynəlxalq motor-şousunda konseptual yolsuzluq avtomobili Lexus LF-1 Limitless Concept debüt etdi. Yenilik dünyaya premial brendin gələcək dizaynının istiqamətini, həmçinin müasir texnologiyanın yeni mərhələsini nümayiş etdirir.

Son.az auto.az-a istinadən bildirir ki, möhtəşəm yolsuzluq avtomobili Lexus LF-1 Limitless Concept-in qabarit uzunluğu 5014 mm, eni 1986 mm, hündürlüyü isə 1605 mm-dir. Oxlar arasındakı məsafə 2974 mm-dir. Şirkətdən bildiriblər ki, yeniliyin xarici görünüşü Kaliforniyanın CALTY Design Research studiyasının mütəxəssisləri tərəfindən hazırlanıb.

Lexus LF-1 Limitless Concept-in dizaynının adı əridilmiş katanadır. Brendin nümayəndələri bildiriblər ki, yeni modelin dizaynı özündə əridilmiş metalın formasını və ənənəvi yapon qılıncının iti kənarlarını birləşdirir.


Xəbərə aid fotolar