"Babamla birlikdə 14 nəfəri ermənilər tikətikə doğrayıblar" VİDEO


Digərləri 31 Mar 2018 20:53:00 264 0

"Babamla birlikdə 14 nəfəri ermənilər tikətikə doğrayıblar"  VİDEO

Onun da yaxınları 1918-ci il qırğınları zamanı qətlə yetirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Fəxri Sadıqov Lənkəranda 100 il əvvəl ermənilər tərəfindən törədilmiş soyqırımında öldürülmüş yüzlərlə insandan birinin nəvəsidir. O, atasından eşitdikləri əsasında babasının və digər kənd ağsaqqallarının başlarına gətirilənləri ''Xəzər Xəbər"ə danışıb. Fəxri Sadıqov deyir ki, soyqırımı zamanı Lənkəranın bir çox kəndlərində kütləvi qətliamlar törədilib. Bu hadisələrə son qoyulması məqsədilə Lənkəranın Sütəmurdov kəndindən olan 14 nəfər ağsaqqal qırğınlara rəhbərlik edən Şıvkunovun yanına gedib. Amma bu gediş nəinki qırğınlara son qoyub, hətta gedənlərin də ölümü ilə nəticələnib. Həmin ağsaqqallar Şıvkunovun əmri ilə tikə-tikə doğranıb. Həmin ağsaqqalların cəsədləri heç ailələrinə də təhvil verilməyib. Hətta onların harada basdırılmaları barədə belə heç kimin xəbəri olmayıb. Cəsədlər barədə məlumat isə ancaq bir müddətdən sonra alına bilib. Həmin ərəfədə ümumilkdə Lənkəran və ətraf rayonlarda 40-dək kənd yandırılıb. Lakin rayonun Gərmətük kəndində qırğınlar daha kəskin hal alıb. Təkcə bu kənddə erməni cəlladları 70-dən çox insanı - qadın, uşaq, yaşlı demədən - bir gündə amansızca qətlə yetiriblər. Həmçinin kənddə 100-dən çox ev yandırılıb, əhalinin əmlakı kütləvi şəkildə talan edilib.


Xəbərə aid video