Salyanda ilbizlər təsərrüfatlara ziyan vurur VİDEO


Digərləri 31 Mar 2018 20:54:00 289 0

Salyanda ilbizlər təsərrüfatlara ziyan vurur  VİDEO

Salyanda ilbizlər təsərrüfatlara ziyan vurur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, kənd sakinləri deyir ki, kütləvi şəkildə yayılmış zərərvericilər əkilmiş kartof sahələrində yenicə cücərmiş kolları məhv edir. Təsərrüfat sahibləri mübarizə üsulu kimi ilbizləri sahələrdən yığaraq zərərsizləşdirməyə çalışsalar da, hələ ki, müsbət nəticə ala bilməyiblər. Eyni vəziyyət istixana təsərrüfatlarında da yaşanır. Əsasən axşam saatlarında yerin üst qatına çıxan zərərvericilər yenicə əkilmiş tərəvəz ştillərini yeyərək yararsız hala salır. Kəndlilərin sözlərinə görə, ilbizlərin bu şəkildə geniş yayılmasının əsas səbəblərindən biri onlara qarşı örüş sahələrində mübarizə aparılmamasıdır. Elə buna görə də son illər yonca və taxıl sahələrində çoxalan zərərvericilər indi kütləvi halda həyətyanı sahələrə yayılmağa başlayıb. Məsələ ilə bağlı Salyan Kənd Təsərrafatı İdarəsinin rəisi Tarıyel Atamalıyev "Xəzər Xəbər"ə bildirdi ki, onların yalnız dövlət fond torpaqlarında bu kimi zərərvericilərə qarşı mübarizə aparmaq səlahiyyətləri var. Onlar kənd sakinlərini ancaq maarifləndirə bilərlər.


Xəbərə aid video