Şirvan Milli Parkında silahlı insident baş verib FOTO


Digərləri 31 Mar 2018 20:56:00 268 0

Şirvan Milli Parkında silahlı insident baş verib  FOTO

Şirvan Milli Parkında silahlı insident baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, qoruqda baş verən silahlı insidentdə bir nəfər yaralanıb. Hadisə ötən gün axşam saatlarında Salyan rayonunda Şirvan Milli Parkı ərazisində qeydə alınıb. Hacıqabul rayon sakinləri - 30 yaşlı Elvin İsrafilov və 35 yaşlı Rahil Ağayev ceyran ovlamaq məqsədilə qanunsuz olaraq Şirvan Milli Parkına daxil olublar. Bundan xəbər tutan parkın əməkdaşları brakonyerləri yaxalamaq istəyən zaman Rahil Ağayev əlindəki silahla onlara atəş açıb. Nəticədə parkın sahə müfəttişi, Bakı şəhər sakini, 57 yaşlı İltifat Xalıqov qarın boşluğundan güllə yarası alıb.

Hadisə yerinə gələn Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən əvvəlcə Elvin İsrafilov, sonra isə Rahil Ağayev zərərsizləşdirilib. Baxış zamanı onlardan 1 baş ceyran, 1 ədəd bıçaq və işıqlandırıcı maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Hadisə yerinə gəlmiş təcili yardım stansiyasının həkimləri yüngül yara almış İltifat Xalıqova ilkin tibbi yardım göstəriblər, qarın nahiyyəsindən güllənin qırmasını çıxarıblar. Daha sonra yaralı ambulator müalicəyə buraxılıb.


Xəbərə aid video