Hipertoniya xəstəliyi


Digərləri 31 Mar 2018 20:20:00 618 0

Hipertoniya xəstəliyi

Hipertoniya qan təzyiqinin yuxarı olması deməkdir. Bu, müxtəlif səbəblərdən özünü simptom şəklində də özünü göstərə bilər. Eləcə də orqan və üzvlərdə baş verən dəyişkənlik nəticəsində özünü xəstəlik formasında büruzə verə bilər.

Simtomatik hipertoniya və hipertoniya xəstəliyini ayırd etmək vacibdir. Hipertoniya xəstəliyi həm yaşlı, həm də cavan admlarda yarana bilər. Bunun əsas yaranma səbəbləri oturaq həyat tərzi, diyetaya düzgün əməl etməmək, yağlı və duzlu məhsullardan çox istifadə etməkdir.

Son.az hekimtap.az-a istinadən bildirir ki, daha bir səbəb əsəb sisteminin yüksək gərginliyə məruz qalmasıdır. Hipertoniya xəstəliyi birincili və ikincili olmaqla iki yerə bölünür. Birincili hipertoniya essensial hipertoniya adlanır.

Bu, əsəb sisteminin gərginliyi fonunda əmələ gəlir. Həmçinin, böyrəklərdə baş verən dəyişikliklər nəticəsində də yarana bilər.

İkincili hipertoniya orqanların zədələnməsi nəticəsində baş verir. Məsələn, qalxanabənzər vəzin zədələnməsi, böyrəklərdə baş verən dəyişikliklər, parinxamotoz mənşəli pozuntular, həmçinin, böyrəyin damar sistemində baş verən dəyişikliklər, böyrək arteriyasının stenozu və s.

Bundan başqa, böyürəküstü vəzdə baş verən dəyişkənliklər, patoloji proseslər təzyiqin yüksəlməsinə səbəb ola bilər. Çox yuxarı təzyiqin yaranması feyoxromostoma adlanan böyrəküstü vəzin şişləri zamanı da müşahidə olunur.

Hipertoniyanın simptomları Hipertoniya xəstəliyi çox zaman simptomsuz keçir. Onu görə də insanlar adətən təzyiqin qalxdığını hiss etmirlər. Təzyiq yüksək olması yalnız xüsusi müayinələrdən sonra aşkar edilir.

Təzyiqin yuxarı olması baş ağrısı, baş gicəllənməsi, əzginlik şəklində özünü büruzə verir. Ağrılar ənsə nahiyəsindən tutaraq, pulsasiya şəklində baş verir. Müəyyən dövrdən sonra görmədə problenlər, vizual pozuntular da yarana bilər. Əgər qan təzyiqinin yüksəlməsi uzun müddət davam edərsə, hipertonik ensofalopatiya əlamətləri üzə çıxa, ürəkbulanma, qusma baş verə bilər.

Hipertoniyanın diaqnostikası     Hipertoniyanın diaqnostikası ilkin dövrdə xəstənin şikayətlərinin dinlənməsi ilə həyata keçirilir. Hər iki ətrafda qan təzyiqi ölçülür.

Bundan başqa, qanın ümumi analizi aparılır, qanda xolesterin və kreatinin miqdarı müəyyənləşdirilir. Böyrəklərin funksional sınaqları yoxlanılır. Həmçinin, ürəkdə baş verən dəyişiklikləri aşkar etmək üçün elektrokardoqramma olunmalıdır. Belə ki, sol mədəciyin hipertrofiyası əlamətləri aşkar oluna bilər.

Bundan başqa, ehtiyac yaranarsa, exokardioqrafiya edilir.