Bu məhsulları yeyən acmır


Digərləri 31 Mar 2018 20:10:00 283 0

Bu məhsulları yeyən acmır

Daha uzun müddət tox qalmaq üçün Ailem.az-ın təqdim edəcəyi bu qidaları yeyə bilərsiniz. O zaman artıq çəki problemi də yaşamazsınız.

Yağsız ət, toyuq, balıq, lobya və yumurta protein qaynağı olduğu üçün doymaq hissi yaradır.

Son.az lent.az-a istinadən xəbər verir ki, qatı yeməklər maye qidalardan fərqli olaraq adamı daha gec acdırır.

Alma yeməkdən sonra yeyiləndə tərkibindəki pektin və lifə görə 1-2 saat tox tutur.

Lif tərkibli buğda kəpəyi bir stəkan suyla 1-2 yemək qaşığı yeyildiyində təxminən 1 saat toxluq hissi yaradır.

Yeməkdən əvvəl, sonra və aralarda içilən yaşıl çay doymaq hissini təmin edən hormonun fəaliyyətini artırır.

Sirkədəki turşu qidanın uzun müddət mədədə qalmasına kömək edir. Bu zaman aclıq hormonunun ifrazı uzun müddət gecikir. Eyni zamanda bir çox qidadakı glisemik indeksi aşağı salaraq, qan şəkərinin enib-qalxmasının qarşısını alır.