Sovet dövrünün məşhur mazı –


Digərləri 31 Mar 2018 19:25:00 358 0

Sovet dövrünün məşhur mazı –

Valentina Seymovanın möcüzə mazı - sovet dövründə ZOJ qəzetinin ən populyar resepti idi və o dövrdə mətbuatda yüzlərlə xəstə tərəfindən müsbət rəy almışdı.

Son.az medicina.az-a istinadən bildirir ki, çox xəstəliklərdə faydalıdır: fibriomioma, mastopatiya, qastrit, qanqrena, xora, yanıqlar, deşiklər, yaralar, oynaqlar, irinli yaralar, haymorit, ekzema, yumurtalıq kistləri - bütün bunları sağalda bilir.

Tərkibi: Bitki yağı Təbii Mum Yumurta sarısı

Emallı qaba bir stəkan bitki yağı töküb, bura kibrit qutusu boyda təmiz  arı mum atılır və zəif odda mum əriyənə kimi qızdırılır. Suda bişmiş yumurtanın sarısı çıxarılır, çəngəllə əzilir və aramla odun üzərindəki qarışımın içinə qatılır. ( qabda yağ qaynara düşüb çırtıldayanda yumurta əlavə olunmalıdır). Ilk yumurtanı əlavə edən zaman köpüklənmə olacaq. Əlinizin altında dəsmal olsun. Köpüklənən kimi qabı dərhal oddan götürün, bir neçə dəqiqə kənarda saxlayıb mütəmadi qarışdırın, yenidən odun üzərinə qoyun. Beləcə 3 dəfə təkrarlayın. Maz hazırdır.  Bu qarışımı tənzifdən yox, tüldən süzmək lazımdır. Tülü 2 dəfə qatlayıb, qarışımı süzün. Hazır maz şüşə qabda soyuducuda aylarla qala bilir.