Sumqayıtda avtomobil oğrusu saxlanıldı


Digərləri 31 Mar 2018 18:37:00 254 0

Sumqayıtda avtomobil oğrusu saxlanıldı

Martın 30-da DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə Sumqayıt şəhəri ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, araşdırmalarla şəhər sakini Yavər Cahangirovun "Mercedes" markalı avtomobilinin 4-cü mikrorayon ərazisindən qaçırıldığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Xanlarov avtomobillə birgə saxlanılıb.