Bakıda güclü küləyin təsirindən avtomobil ağaca çırpılıb - FOTO - VİDEO - YENİLƏNİB


Sosial 31 Mar 2018 17:05:00 226 0

Bakıda güclü küləyin təsirindən avtomobil ağaca çırpılıb - FOTO - VİDEO - YENİLƏNİB

Ağac kökündən qırılaraq aşıb

Bakının Yasamal rayonunda güclü küləyin təsiri nəticəsində sürücü idarəetməni itirərək maşını ağaca çırpıb.

"Report"un xəbərinə görə, Tbilisi prospekti ilə hərəkətdə olan "Mitsubishi" markalı avtomobilin sürücüsü güclü külək zamanı sükan arxasında idarəetməni itirib.

Nəticədə avtomobil ağaca çırpılıb. Ağac kökündən qırılaraq sərnişin dayanacağının qarşısına aşıb. Sürücü xəsarət almasa da, avtomobilə ziyan dəyib.

Faktla bağlı yol polis əməkdaşları tərəfindən araşdırma aparılır.