Qvardiola "Manchester City"dən ayrılmaq istəyibmiş


İdman 31 Mar 2018 15:34:00 302 0

Qvardiola "Manchester City"dən ayrılmaq istəyibmiş

İngiltərənin "Manchester City" klubunun baş məşqçisi Xosep Qvardiola klubdan ayrılmaq arzusundan danışıb.

Goal.az-ın məlumatına görə, o, açıqlamasında ötən mövsüm İngiltərə təmsilçisini tərk etmək istədiyini söyləyib.

"Fikirləşdim ki, bu komandadakı taktikam işləmədiyinə görə istefa verməliyəm. Həmin vaxt nəticələrdən narahat idim. Bu vəziyyəti yaxşılaşdırmaq üçün nələr edə biləcəyimi düşündüm. Belə fikirlər hər bir məşqçi üçün normaldır. Əks halda uğur qazana bilmərik", - X.Qvardiola deyib. 

Qeyd edək ki, "Manchester City" klubu 2016/17 mövsümünü 3-cü pillədə başa vurub. Komanda cari mövsüm turnir cədvəlində I pillədə qərarlaşıb və ən yaxın izləyicisi "Manchester United"dən 16 xal öndədir.