Məhkəmə müğənninin qətl törədən atasının ömürlük həbs cəzasını qüvvədə saxlayıb


Sosial 31 Mar 2018 15:11:48 376 0

Məhkəmə müğənninin qətl törədən atasının ömürlük həbs cəzasını qüvvədə saxlayıb

Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Sumqayıt Apellyasiya Məhkəməsində arvadını və qohumunu öldürməkdə təqsirləndirilən Qurban Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Q.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 2017-ci il martın 24-də Abşeron rayonu Saray qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Qurban İsmayıl oğluHüseynovşəxsi münasibətlərin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Fəraiz Zakir qızıHüseynovanı küt alətlə qətlə yetirib. Bundan sonra həyat yoldaşının yaxın qohumu, 18 yaşlı Rəhilə Əsgər qızıAmur-Təbrizini da öldürüb.

Məlumata görə, xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının iki gün öncə nişan mərasimi olub.

Hadisədən sonra meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.

Qətli törədən Q.Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham olunub.

Q.HüseynovBakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, qətli törədən Q.Hüseynov "N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.