Azərbaycan beynəlxalq məhkəməyə müraciət edəcək


Digərləri 31 Mar 2018 15:12:00 218 0

Azərbaycan beynəlxalq məhkəməyə müraciət edəcək

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində faydalı qazıntıların qanunsuz hasilatının aparılmasına dair "AzerGold" Qapalı Səhmdar Cəmiyyətindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Baş Prokurorluğun və QSC-nin mətbuat xidmətlərindən Son.az-a daxil olan birgə məlumatda bildirilir ki, aparılmış araşdırmalarla Ermənistanda və digər ölkələrdə hüquqi qeydiyyatdan keçmiş "Vallex Group", "Base Metals", "ACP", "Lerna metalurgiayi İnstitute", "Teghout" və digər şirkətlərin rəhbərlərinin və fiziki şəxslərin Azərbaycanın dövlət sərhədini Ermənistan ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələri, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb işğal dövrü ərzində Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü, Qızılbulaq, Zəngilan rayonu ərazisindəki Vejnəli, Tərtər rayonu ərazisindəki Dəmirli və digər əlvan metal yataqlarından külli miqdar təşkil edən qızıl və digər əlvan metalların hasilatının aparılmaqla qanunsuz gəlir əldə etmələri müəyyən edilib.

Araşdırmalar zamanı "Azərkosmos" ASC-nin "Azersky" peykinin yüksək ayırdetməli təsvirləri və geoloji-axtarış məlumatları əsasında işğal olunmuş ərazilərdə yerləşən filiz yataqlarında qanunsuz hasilat işlərinin aparılması sübut edilib.