Şagirdləri zorlayıb kameraya çəkdi Müəllim həqiqəti öyrənəndə


Dünya 31 Mar 2018 13:55:00 416 0

Şagirdləri zorlayıb kameraya çəkdi  Müəllim həqiqəti öyrənəndə

Türkiyənin Afyonkarahisar vilayətinin Şuhut qəsəbəsində bir orta məktəbdə baş verən oğurluq hadisəsindən şübhələnən və bunu araşdıran müəllimlər 13 şagirdin zorlandığını üzə çıxarıblar.

Son.az haberler-ə istinadən xəbər verir ki, oğurluq hadisəsi ilə bağlı şagirdlərə müxtəlif suallar verən müəllimlər onların cavablarından şübhəli təyin ediblər. Müəllimlər şagirdlərinin oğurluq şübhəlisi barədə digər açıqlamaları qarşısında isə şok olublar.

Hadisə yerinə çağırılan polislər şagirdlərin ifadələrini aldıqdan sonra hərəkətə keçərək, kənd sakini olan D.C.-ni saxlayıb.

KAMERAYA ÇƏKİB

İddiaya görə, verilən ifadələrdə şagirdlər D.C.-nin onları zorladığı zaman mobil telefonu ilə də kameraya çəkdiyini deyiblər.