Güclü küləyə görə təxliyə edilən 1000-dən çox neftçi iş yerinə qayıdıb


Digərləri 31 Mar 2018 13:57:00 258 0

Güclü küləyə görə təxliyə edilən 1000-dən çox neftçi iş yerinə qayıdıb

Hava şəraitinin kəskinləşməsi ilə bağlı neftçilərin təhlükəsizliyi məqsədi ilə martın 30-da SOCAR-ın estakada və dəniz özüllərindən təxliyyə edilmiş əməkdaşlar martın 31-də iş yerlərinə qaytarılmağa başlayıb.

Bakı. Maksim Tsurkov - Hava şəraitinin kəskinləşməsi ilə bağlı neftçilərin təhlükəsizliyi məqsədi ilə martın 30-da SOCAR-ın estakada və dəniz özüllərindən təxliyyə edilmiş əməkdaşlar martın 31-də iş yerlərinə qaytarılmağa başlayıb. “Azneft” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu gün saat 12-dən etibarən şirkətin dəniz obyektlərində normal iş rejimi tədricən bərpa edilib, neftçilərin özüllərə qaytarılmasının təşkili üçün bütün lazımi tədbirlər görülüb. Hazırda dəniz neftçiləri normal iş rejimində fəaliyyətlərini davam etdirirlər.