Sərxoş vəziyyətdə avtoxuliqanlıq edərkən qəza törədən şəxs məmurdur?


Digərləri 31 Mar 2018 13:43:00 280 0

Sərxoş vəziyyətdə avtoxuliqanlıq edərkən qəza törədən şəxs məmurdur?

Dünən mediada Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi kimi təqdim olunan Nüsrət Adıgözəlovun oğlu Elvin Adıgözəlovun sərxoş vəziyyətdə avtoxuliqanlıq etməsi və nəticədə qəza törətməsi barədə məlumat yayılıb.

Son.az xəbər verir ki, DGK bu gün açıqlama yayaraq məlumatı təkzib edib və bildirilib ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir və bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Yayılan məlumata görə, 1984-cü il təvəllüdlü E,Adıgözəlov 10 LJ 600 nömrəli "BMW" markalı avtomobillə avtoşluq edib və sonda isə Nəsimi rayonunda Elvin Əsgərovun idarə etdiyi "Nissan Sunny" avtomobili ilə toqquşub.