"Atam qan içində evə gəldi..."


Digərləri 31 Mar 2018 13:23:00 313 0

"Atam qan içində evə gəldi..."

Bakı Ağır Cinayətlər Məhkəməsində taski sürücüsünü yumruqla vurub öldürməkdə təqsirləndirilən Murad Zəkiyevin məhkəməsi keçirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin icraatında olan prosesdə M.Zəkiyev ifadə verərək mərhum Ruslan Hüseynovu vurmadığını deyib: "Atam qan içində evə gəldi və Ruslan adlı taksi sürücüsünün onu döydüyünü dedi. Həyətə düşüb onu axtardım. Bir nəfər yaxınlaşıb adının Ruslan olduğunu dedi və məni kənara çəkdi. Ondan atamı niyə döydüyünü soruşdum, həmin vaxt mənə yumruq atdı. Üzümü tutub kənara çəkildim, Ruslan isə yerə yıxıldı. Mən də evə getdim. Onu vurmamışam".

M.Zəkiyev istintaqa ifadəsində R.Hüseynovun gicgahından bir yumruq vurduğunu deyib. Məhkəmədə isə sadəcə müstəntiqin dediklərini yazdığını bildirib.