Poçettino gənc futbolçunu müdafiə etdi


İdman 31 Mar 2018 13:11:00 234 0

Poçettino gənc futbolçunu müdafiə etdi

İngiltərənin "Tottenham" klubunun çalışdırıcı Maurisio Poçettino komandanın gənc ulduzu Dele Alii haqda açıqlama verib.

Goal.az xəbər verir ki, argentinalı mütəxəssis çox təzyiq altında olduğunu söyləyib:

"Allinin bacarıqlarına çox güvənirəm, çünki onu yaxşı tanıyıram. Çox yaxşı insandır, amma hələ uşaqdır. Onun hələ 21 yaşı var. Küçədə gördüyünüz 21 yaşlı insanlar hələ ailələri ilə birgə yaşayırlar. Allinin həmyaşıdları universitetdə axmaq işlər görürlər. Deledən çox şey gözləyirlər, ancaq onun 21 yaşında olduğunu unudurlar. Ona qarşı 40 yaşlı biri kimi davranılır. Son iki mövsümdə inanılmaz oyun nümayiş etdirir. Gənc futbolçuların performanslarının aşağı düşməsi və qalxması müşahidə olunur. Alli özünü hər zaman inkişaf etdirir. Bu mövsüm ondan həddən artıq çox gözlənti oldu. Mənə görə Alli Avropanın ən yaxşı istedadlı futbolçularından biridir".

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Dele Alli 2015-ci ildən "Tottenham"də çıxış edir.