Bura Volkswagen qəbristanlığıdır FOTO


Digərləri 31 Mar 2018 12:58:00 313 0

Bura Volkswagen qəbristanlığıdır  FOTO

ABŞ-ın Kaliforniya ştatında, Viktorvill şəhərinin yaxınlığındakı səhrada Volkswagen markalı 350 min avtomobil var.

Almaniyanın nəhəng avtomobil konserni bu avtomobilləri dizel mühərrikləri ilə bağlı qalmaqala görə satışdan geri çağıraraq satın alıb.

Son.az CBS-ə istinadən bildirir ki, 350 min maşına görə avtokonsern 7,4 milyard dollar ödəyib.

2015-ci ilin sentyabrında qalmaqal qopmuşdu. Bəlli olmuşdu ki, Volkswagen avtokonsernin ABŞ-da dizel avtomobillərinin işlənmiş qaz tullantısı testi nəticələrini saxtalaşdırdığı aşkarlanmışdı.

ABŞ ətraf mühitin mühafizəsi agentliyi (EPA) aşkar etmişdi ki,  həmin avtomobillərin kompüteri test aparılan zaman maşınları ekoloji cəhətdən daha təmiz iş rejiminə keçirə bilirmiş.


Xəbərə aid fotolar