“Tractor” darmadağınla uduzdu


İdman 31 Mar 2018 12:43:00 204 0

“Tractor” darmadağınla uduzdu

Goal.az xəbər verir ki, Təbrizin “Tractor Sazi” klubu səfərdə “Zobahan” ilə qarşılaşıb. Qarşılaşma türkiyəli Ərtoğrul Sağlamın çalışdırdığı təbrizlilərin məğlubiyyəti ilə başa çatıb - 0:3.

İran çempionatında 26-cı turun oyunları keçirilib.

Xatırladaq ki, bir gün öncə Cənubi Azərbaycanın digər təmsilçisi “Göstəriş” də doğma meydanda “Sanat Naft”la heç-heçəyə razılaşmışdı – 0:0.

“Göstəriş” hazırda 31 xalla 16 klub arasında 9-cu, “Tractor Sazi” isə 29 xalla 10-cu pillədə qərarlaşıb.