Qəza törədib qaçan sərxoş sürücü saxlanılanda oğlunu öldürdüyünü öyrəndi VİDEO


Dünya 31 Mar 2018 12:38:00 345 0

Qəza törədib qaçan sərxoş sürücü saxlanılanda oğlunu öldürdüyünü öyrəndi  VİDEO

Çində sərxoş sürücü qəza törədib.   Son.az Haberler-ə istinadən xəbər verir ki, Şanqon əyalətində  sərxoş olduğu üzə çıxan Zhanq adlı sürücü üzərində bir qadın və gənc oğlanın olduğu motosikletlə toqquşub.

Sərxoş sürücü hadisə yerindən qaçıb. Hadisə şahidləri dərhal ana və oğlunu ən yaxın xəstəxanaya aparıb, polisə xəbər veriblər. Oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən qısa zaman sonra saxlanılan sürücü isə öyrəndiyi gerçəklə həyatının şokunu yaşayıb. Sərxoş sürücünün vurub qaçdığı motosikletdəki oğlan oğlu, motosikleti idarə edən qadın isə həyat yoldaşı olub. 

Hadisə ilə bağlı istintaq davam edir:

Məhəmməd Vaqif

Videonu izləmək üçün şəklə klikləyin: