Göyçay sakinindən ov tüfəngi götürülüb


Sosial 31 Mar 2018 12:04:00 249 0

Göyçay sakinindən ov tüfəngi götürülüb

Araşdırma aparılır

Göyçay rayon sakinindən ov tüfəngi götürülüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Bığır kənd sakini Sevindik Salmanovdan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.