Facebookla bağlı yeni QALMAQAL FOTO


Digərləri 31 Mar 2018 11:43:00 224 0

Facebookla bağlı yeni QALMAQAL  FOTO

"Facebook rəhbərliyi əməkdaşlarına tapşırıb ki, sosial şəbəkənin istifadəçilərinin sayının artırılması, auditoriyasının genişləndirilməsi üçün bütün vasitələrdən istifadə edə bilərlər".

Son.az Buzfeed-ə istinadən bildirir ki, bu göstəriş Facebook-un top-menecerlərindən biri Endryu "Bos" Bosuortun əməkdaşlara yolladığı xidməti göstərişində bildirib.

Bu isə dünyanın ən populyar sosial şəbəkəsinin yeni istifadəçilər cəlb etmək üçün bütün vasitələrdən yararlanacağını göstərir.

"Auditoriyanı genişləndirmək üçün əlaqələrin idxalı, insanları sosial şəbəkədə saxlayacaq maraqlı ifadələr də işə yaraya bilər. Biz insanlar arasında əlaqə yaradırıq. Anlayın", - Bosuortun məktubunda deyilir.

Həmin məktub ABŞ-ın Çikaqo şəhərində 28 yaşlı Antonio Perkinsin Facebook-da canlı yayımda qətlə yetirildiyi günün ertəsi yazılıb.


Xəbərə aid fotolar