"Hər bir vətəndaşın qəti mövqeyi olmalıdır"


Siyasət 31 Mar 2018 11:47:00 240 0

"Hər bir vətəndaşın qəti mövqeyi olmalıdır"

"Ümumiyyətlə sosial şəbəkələrdə insanların şərəf və ləyaqətini təhqir edən bəzi anti-ünsürlər öz xarakterlərinə uyğun olaraq da hərəkət edirlər".

Son.az bildirir ki, bunu SİA-ya açıqlamasında "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, anti-azərbaycançı qüvvələr hələ də küçə düşüncəsindən irəli gedə bilməyiblər: "Bunlar ancaq zibilxana və digər aşağı səviyyəli, düşüncəli insanlardırlar ki, öz təfəkkürlərini cəmiyyətə sırımaq istəyirlər. Bu qüvvələrə qarşı hər bir vətəndaşın qəti mövqeyi olmalıdır. Hamı onların kim olduğunu və kimlərin əlində alət rolu oynadığını yaxşı bilir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi möhkəmdir. İnsanlarımız, vətəndaşlarımız Azərbaycan, dövlətçiliyimiz üçün görülən işləri yüksək qiymətləndirir. O yaramaz və yarıtmaz insanların iç xislətini, erməni və ermənipərəst adamların əlində alət rolu olduqlarını cəmiyyət aydın şəkildə görür".