“Bakı Telefon Rabitəsi” 3 illik maliyyə hesabatlarının auditinə 209 min manat xərcləyəcək


İqtisadiyyat 31 Mar 2018 10:25:17 300 0

“Bakı Telefon Rabitəsi” 3 illik maliyyə hesabatlarının auditinə 209 min manat xərcləyəcək

Bu məbləğ "PwC Azerbaijan” audit şirkətinə ödəniləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC 2017-2019-cu illər üçün maliyyə hesabatlarının auditinə dair elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

“Report” xəbər verir ki, tenderin qalibi “PwC Azerbaijan” audit şirkəti olub.

Bu məqsədlə şirkətə 208 860 manat ödəniləcək.